Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Yol polisi sürücülərə çağırış etdi

Tarix: 19-09-2025 09:40     Baxış: 382 A- / A+


Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə texniki nasaz avtomobillə yola çıxmamaq barədə çağırış edib.
Bu barədə idarədən bildirilib.
Məlumata görə, yol polisi sürücülərə xatırladır ki, nasaz avtomobillə yola çıxmaq qəza riskini dəfələrlə artırır:
"Bu baxımdan nəqliyyat vasitələrinin texniki sazlığı, xüsusən də təkərlərin vəziyyəti daim diqqətdə saxlanılmalıdır.
Təkərlərin protektor dərinliyinin normadan az olması və ya yeyilmiş təkərlərlə hərəkət, yol ilə təmasın zəifləməsinə, tormoz məsafəsinin xeyli artmasına və nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb olur. Xüsusilə yağışlı və sürüşkən yollarda belə hallar qəza riskini dəfələrlə artırır".
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, texniki cəhətdən saz olmayan, xüsusilə də köhnəlmiş və yararsız təkərlərlə hərəkətə çıxmaq yolverilməzdir.
"Hər bir sürücü avtomobilinin texniki vəziyyətinə ciddi nəzarət etməli, təhlükəsizliyi təmin etmək üçün vaxtında tədbir görməlidir" - deyə məlumatda qeyd olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar