Xəbər lenti 
					
 
		Trampdan Kralın gəlininə: Unudulmaz gözəllik

Xarici KİV xəbər verir ki, Vindzor Şatosundakı bu möhtəşəm ziyafət həm dəbdəbəsi, həm də diplomatik əhəmiyyəti ilə gecəyə damğa vurdu. Gecənin ən diqqətçəkən məqamlarından biri ABŞ Preidenti Donald Trampın Britaniya Krallıq Ailəsi haqqında dediyi xoş sözlər oldu. Tramp, Kral Çarlz üçün “çox, çox xüsusi bir adam” ifadəsini işlədərkən, Şahzadə Uilyamı da “gələcəyin qeyri-adi lideri” kimi təsvir etdi. Kraliça Kamilla mavi tonlarda seçdiyi zərif libası və sapfir daşlı tacı ilə gecənin ən zərif simaları arasında yer aldı. Trampın həyat yoldaşı Melaniya isə sarı rəngdə çiyin dekolteli libası ilə diqqət çəkdi.

GECƏNİN DİQQƏTÇƏKƏN MƏQAMLARI
Kraliça Kamilla sapfir və almaz tacı ilə diqqət mərkəzində idi; Melaniya Tramp isə çiyin dekolteli sarı libası ilə zərif görünüşünü nümayiş etdirdi. Donald Tramp, Keyt Middlton haqqında “unudulmaz gözəllikdə”, “parlaq”, “möhtəşəm” kimi komplimentlər söylədi.

KEYT MİDDLTON KİMDİR?
Tam adı Ketrin Elizabet Middlton olan şahzadə Keyt, 9 yanvar 1982-ci ildə İngiltərənin Redinq şəhərində dünyaya gəlib. 2011-ci ildə möhtəşəm bir mərasimlə Şahzadə Uilyamla evlənərək Kembric Düşesi titulunu alıb. Cütlüyün üç övladı var: Şahzadə Corc, Şahzadə Şarlotta və Şahzadə Luis.

Keyt Middlton zərif geyim üslubu, xalqa yaxın davranışları və xeyriyyəçilik fəaliyyəti ilə Böyük Britaniyada ən sevilən krallıq ailəsi üzvlərindən biri hesab olunur. O, moda dünyasında da ikon sayılır və qatıldığı hər tədbirdə şıklığı ilə ön plana çıxmağı bacarır.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















