Xəbər lenti
Havalar bu tarixdən isinəcək - Açıqlama

Manevr.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Bakupost.az -a açıqlamasında yağıntıların bir neçə gün davam edəcəyini bildirib.
“Bakıda və Abşeron yarımadasında sentyabrın 16-sı axşam saatlarında və sentyabrın 17-də günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək, havanın maksimal temperaturu 20-24 dərəcə isti olacaq.
Sentyabrın 16-dan başlayaraq, 18-i günün ikinci yarısınadək bölgələrdə fasilələrlə yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Sentyabrın 17-də əsasən, dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 19-24, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq,” – deyə Gülşad Məmmədova qeyd edib.
Növbəti həftənin ilk iş günündən havaların nisbətən isinəcəyi gözlənilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























