Xəbər lenti 
					
 
		6 ölkənin birgə təlimi başa çatdı
 Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə respublikamızda keçirilən "Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi başa çatıb.
Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə respublikamızda keçirilən "Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi başa çatıb.Müdafiə Nazirliyindən verilən xəbərə görə, bu münasibətlə birgə təlimin iştirakçıları üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Azərbaycan musiqi çələngi” adlı konsert proqramı təqdim olunub.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani çıxış edərək bu tədbirin 18 sentyabr - Milli Musiqi Günü ərəfəsinə təsadüf etdiyini qeyd edib, Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verib.
Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının ifasında xalq və bəstəkar mahnıları, qəhrəmanlıq nəğmələri və rəqslər təlim iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Təlim iştirakçılarına hədiyyələr təqdim olunub.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















