Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
29-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərə birdəfəlik 500 manat veriləcək

Tarix: 16-09-2025 14:12     Baxış: 374 A- / A+
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarına birdəfəlik pul mükafatı veriləcək.
Manevr.az xəbər verir ki, iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 19 sentyabr 2025-ci il tarixinə SOCAR-ın işçi siyahısında olan əməkdaşlara (idarə heyətinin üzvləri istisna olmaqla) bir dəfəlik olaraq 500 manat məbləğində mükafat veriləcək.
Qeyd olunub ki, SOCAR əməkdaşları 20 sentyabr - "Neftçilər günü" peşə bayramı münasibətilə mükafatlandırılacaq.
Belə ki, sözügedən əmr neftçilərin ölkəmizin iqtisadiyyatında rolu və peşə bayramının yüksək səviyyədə qeyd olunduğu nəzərə alınaraq, respublikanın neft strategiyasının həyata keçirilməsində əməyi olan SOCAR işçilərinin peşə bayramı münasibəti ilə imzalanıb.
Qeyd edək ki, Azərbaycanın müasir neft strategiyasının dayanıqlı inkişafının əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə 20 sentyabr 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə qoyulub. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli 558 nömrəli Fərmanı ilə 20 sentyabr tarixi "Neftçilər günü" peşə bayramı kimi təsis edilib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar