Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Məktəblərdə ağıllı telefonlardan istifadə qadağan olunur

Tarix: 16-09-2025 13:31     Baxış: 386 A- / A+
Məktəblərdə ağıllı telefonlardan istifadə qadağan olunur“Məktəblərə ağıllı telefonların gətirilməsi qadağan olunacaq. Sadəcə zəng funksiyası olan adi telefonlardan istifadə etmək mümkündür, lakin dərs müddətində çantada saxlanmaq şərti ilə. Əlbəttə, tənəffüsdə, dərsdən əvvəl və sonra valideynlə və ya digər şəxslərlə əlaqə saxlamaq üçün onlardan istifadə edilə bilər. Ağıllı telefon istifadəsi isə tamamilə qadağan olunur. Bu qərara yaş məhdudiyyəti qoyulmur, bütün siniflərə şamil ediləcək”.
Manevr.az xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan “Günə davam” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu dərs zamanı mobil telefonlardan istifadəyə məhdudiyyət qoyulmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, müasir nəsildə fokuslanma müddəti çox qısadır: “Ağıllı telefonlardakı çoxşaxəli informasiya axını isə diqqəti daha da zəiflədir. Məktəblərin əsas məqsədi uşaqlara bilik və səriştə verməkdir. Mobil telefonlar isə bilik vermir, sadəcə məlumat təqdim edirlər. Bilik və məlumat isə fərqli anlayışlardır. Düşünən beyin məlumatı biliyə, biliyi isə səriştəyə çevirir. Səriştə isə rifahın açarıdır. Səriştə bizə ona görə lazımdır ki, sabahımızı daha yaxşı qura bilək. Əgər aldığımız məlumatı anlamırıqsa, düzgün istifadə etmiriksə və gündəlik həyatımıza tətbiq etmiriksə, deməli, həmin məlumatın heç bir əhəmiyyəti yoxdur. Məktəbin vəzifəsi də məhz budur: uşağın beynindəki müxtəlif məlumatları uyğun zəncirlərlə birləşdirib biliyə çevirmək. Məsələn, sosial şəbəkələr bizə davamlı olaraq düzgün qidalanmanın vacibliyindən danışır. Əgər biz bu məlumatı gündəlik həyatımızda tətbiq etmiriksə, deməli, onun dəyəri sıfıra bərabərdir”.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar