Xəbər lenti 
					
 
		Məktəblərdə ağıllı telefonlardan istifadə qadağan olunur
 “Məktəblərə ağıllı telefonların gətirilməsi qadağan olunacaq. Sadəcə zəng funksiyası olan adi telefonlardan istifadə etmək mümkündür, lakin dərs müddətində çantada saxlanmaq şərti ilə. Əlbəttə, tənəffüsdə, dərsdən əvvəl və sonra valideynlə və ya digər şəxslərlə əlaqə saxlamaq üçün onlardan istifadə edilə bilər. Ağıllı telefon istifadəsi isə tamamilə qadağan olunur. Bu qərara yaş məhdudiyyəti qoyulmur, bütün siniflərə şamil ediləcək”.
“Məktəblərə ağıllı telefonların gətirilməsi qadağan olunacaq. Sadəcə zəng funksiyası olan adi telefonlardan istifadə etmək mümkündür, lakin dərs müddətində çantada saxlanmaq şərti ilə. Əlbəttə, tənəffüsdə, dərsdən əvvəl və sonra valideynlə və ya digər şəxslərlə əlaqə saxlamaq üçün onlardan istifadə edilə bilər. Ağıllı telefon istifadəsi isə tamamilə qadağan olunur. Bu qərara yaş məhdudiyyəti qoyulmur, bütün siniflərə şamil ediləcək”.Manevr.az xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan “Günə davam” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu dərs zamanı mobil telefonlardan istifadəyə məhdudiyyət qoyulmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, müasir nəsildə fokuslanma müddəti çox qısadır: “Ağıllı telefonlardakı çoxşaxəli informasiya axını isə diqqəti daha da zəiflədir. Məktəblərin əsas məqsədi uşaqlara bilik və səriştə verməkdir. Mobil telefonlar isə bilik vermir, sadəcə məlumat təqdim edirlər. Bilik və məlumat isə fərqli anlayışlardır. Düşünən beyin məlumatı biliyə, biliyi isə səriştəyə çevirir. Səriştə isə rifahın açarıdır. Səriştə bizə ona görə lazımdır ki, sabahımızı daha yaxşı qura bilək. Əgər aldığımız məlumatı anlamırıqsa, düzgün istifadə etmiriksə və gündəlik həyatımıza tətbiq etmiriksə, deməli, həmin məlumatın heç bir əhəmiyyəti yoxdur. Məktəbin vəzifəsi də məhz budur: uşağın beynindəki müxtəlif məlumatları uyğun zəncirlərlə birləşdirib biliyə çevirmək. Məsələn, sosial şəbəkələr bizə davamlı olaraq düzgün qidalanmanın vacibliyindən danışır. Əgər biz bu məlumatı gündəlik həyatımızda tətbiq etmiriksə, deməli, onun dəyəri sıfıra bərabərdir”.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















