Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda deputat xadiməni yenidən məhkəməyə verdi

Tarix: 16-09-2025 11:11     Baxış: 3102 A- / A+
Azərbaycanda deputat xadiməni yenidən məhkəməyə verdi
Naxçıvan Ali Məclisinin deputatı Əli Abbasov sosial şəbəkələrdə haqqında yayılan iddilara görə yenidən məhkəməyə üz tutub.

Manevr.az-ın məlumatına görə, deputat 27 iyun 2025-ci il tarixində xadimə işləyən Pərvin Məmmədovanın (şərti ad) onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən, böhtan xarakterli paylaşımlar etdiyini əsas gətirərək, həmin şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verib.

Ərizədə qeyd olunur ki, Pərvin adlı şəxs deputat Əli Abbasovun guya qızının evinə zorla daxil olması, sərxoş halda avtomobil idarə etməsi, müəllim adına layiq olmaması və əvvəlki illərdə Şərur rayonunda bir neçə ailəni dağıtması kimi əsassız ittihamlar irəli sürüb.

Bundan əvvəl deputatın nümayəndəsi şikayət ərizəsini düzgün hazırlamadığı üçün məhkəmə işi icraata götürməkdən imtina etmişdi.

Deputat ərizəyə müvafiq düzəlişlərdən sonra yenidən məhkəməyə müraciət edib. O, xadimənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalanmasını tələb edir. Şərur rayon Məhkəməsi bu dəfə işi icraata qəbul edib. Məhkəmənin baxış iclası sentyabrın 22-ə təyin edilib.modern.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar