Keçmiş məcburi köçkün 113 yaşlı Xeyrənisə Baxışəliyeva bu gün doğma yurdu Kəlbəcərə qayıdıb. O, Kəlbəcərdən məcburi köçkün düşərkən 80 yaşı olub.
Manevr.az xəbər verir ki, bu barədə modern.az-a onun oğlu məlumat verib: "Dörd il idi ki, anam bu günü gözləyirdi. Püşkatma olanda və gedəcəyimiz dəqiqləşəndə anam Tərtərə getdi ki, yolu qısalsın. Biz Tərtərdən anamı da götürüb Kəlbəcərə gedirik. İndi Suqovuşan yolundayıq".
Qeyd edək ki, X. Baxışəliyeva 1 aprel 1913-cü ildə Kəlbəcər şəhərində doğulub. Onun 3 oğlu, 10 nəvəsi, 18 nəticəsi və 3 kötücəsi var.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Kəlbəcər şəhərinə respublikanın müxtəlif yerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfər köçürülüb.
	   
	    
		
	 Xəbər lenti 
					
 
		Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır - FOTO

	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















