Sizin Reklam Burada
Xəbər lenti
18-10-2025
17-10-2025
BÜTÜN XƏBƏRLƏR

Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb

Tarix: 13-09-2025 12:05     Baxış: 466 A- / A+


Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə dələduzluq edərək vətəndaşların kart hesablarını talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı Zaur Teymurxanov saxlanılıb.Araşdırmalarla məlum olub ki, Z.Teymurxanov “Instagram”da ayrı-ayrı vətəndaşların şəxsi məlumatlarını öyrənəndən sonra onların dostluğundakı şəxslərə mesaj yazaraq kart məlumatlarını ələ keçirib. O, bu yolla külli miqdarda pul vəsaitini oğurlayaraq öz hesabına köçürüb.
Faktlarla bağlı araşdırmalar aparılır. Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.
"Bir daha vətəndaşları sosial şəbəkələrdə diqqətli olmağa, tanımadıqları şəxslərə etibar etməməyə, mənbəyi naməlum olan linklərə daxil olmamağa, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyə çağırırıq" ,- deyə məlumatda qeyd olunur.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar