Xəbər lenti
Xəzərin səviyyəsinin azalmasının qarşısını almaq üçün bu işlər GÖRÜLƏCƏK

Xəzər dənizinin səviyyəsinin azalmasının qarşısını almaq məqsədilə Azərbaycanda müxtəlif su konservasiya və su idarəetmə tədbirləri həyata keçiriləcək.
Manevr.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr uçot və reyestr şöbəsinin müdiri Rafiq Verdiyev deyib.
Onun sözlərinə görə, su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün sahilyanı zonaların optimal idarəetmə planı hazırlanacaq və ərazinin ekosistemi qorunacaq:
"Eyni zamanda, Şimal çayları, xüsusilə Peçora çayının Kama-Volqa vasitəsilə Xəzərə axınının artırılması məsələsi müzakirə edilir".
R. Verdiyev bildirib ki, Xəzər dənizinə əlavə suyun yönləndirilməsi üçün meşə salınması və suyun çaylara daxil olmasını təmin edən konservasiya tədbirləri də planlaşdırılır:
"Magistral kanalların bərpası və betonlaşdırılması yolu ilə su itkisi minimuma endiriləcək və əlavə suyun Xəzərə yönəldilməsi mümkün olacaq".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar