Azərbaycanda gələcəkdə su tariflərinin diferensiallaşdırılması planlaşdırılır.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib.
Onun sözlərinə görə, növbəti illərdə əsas diqqət əhalinin və sahibkarlıq subyektlərinin sudan səmərəli istifadəsi və qorunması istiqamətində maarifləndirilməsinə, sudan qanunsuz istifadənin qarşısının alınmasına, transsərhəd çaylarda və digər su obyektlərində monitorinq və nəzarətin gücləndirilməsinə yönələcək.
"Asanlaşdırılmamış istifadə hallarının qarşısının alınması, göllər və su tutarlarının düzgün uçotunun aparılması, ətraf mühitin qorunması və su obyektlərinin çirklənməsinin qarşısının alınması da prioritetlərimiz sırasındadır", - R. Aslanov qeyd edib.
O əlavə edib ki, görüləcək işlər çərçivəsində gələcəkdə sudan ödənişli istifadə qaydalarının təkmilləşdirilməsi və tariflərin diferensiallaşdırılması nəzərdə tutulur:
"Buradakı məqsəd aztəminatlı ailələr və daha çox sudan istifadə edən sahibkarlar üçün ədalətli bölgünü təmin etməkdir. Bu, tariflərin qaldırılması demək deyil, sadəcə istifadəçilər arasında fərqləndirmə aparılmasıdır. Tariflərin artırılması barədə qərar vermək müvafiq qurumların səlahiyyətindədir və yaxın gələcəkdə bu istiqamətdə addım nəzərdə tutulmur".
 Xəbər lenti 
					
 
		Su tariflərinin diferensiallaşdırılması planlaşdırılır

	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















