Xəbər lenti
“Azəriqaz” rəhbərinin səhhəti pisləşdi: vəziyyəti ağırdır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov xəstəxanaya yerləşdirilib.Manevr.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, ötən ay onun səhhətində qəfil problemlər yaranıb.
Məlumata görə, A.Məmmədov xəstəxanaya müraciət edib və onun vəziyyətinin ağır olduğu bildirilib. O, bir müddətdir xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, A.Məmmədov ötən ilin martında “Azəriqaz”ın baş direktoru vəzifəsinə təyin olunub. O, daha əvvəl baş direktorun müavini, 2023-cü ilin mart ayına qədər isə “SOCAR Energy Georgia”nın baş direktorunun müşaviri vəzifəsində çalışıb.
Əvvəllər isə “İnpatBank” (Azərbaycan) İdarə Heyətinin sədri (1993-1996), “AZEXİM” Korporasiyasının kommersiya və maliyyə direktoru (1996-2000), “Milio Commodity Services” MMC-nin Bakıdakı Nümayəndəliyinin rəhbəri (2000-2003), “Azərboru” SC-də maliyyə direktoru (2003-2013) vəzifələrində işləyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























