Sizin Reklam Burada
Xəbər lenti
14-10-2026
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiya Azərbaycanın sorğusu əsasında axtarışda olan şəxsi saxlayıb

Tarix: 09-09-2025 11:42     Baxış: 3117 A- / A+
Rusiya Azərbaycanın sorğusu əsasında axtarışda olan şəxsi saxlayıb
Azərbaycanın hüquq-mühafizə orqanları rusiyalı həmkarlarından Rusiyada həbs edilmiş, Azərbaycanda terrorçuluq və digər cinayətlər məqsədilə təlimlər keçirməkdə təqsirləndirilən şəxsin ekstradisiyasını xahiş ediblər.
Manevr.az xəbər verir ki, bu barədə yerli KİV məhkəmə materialına istinadən məlumat yayıb.
Bildirilib ki, Azərbaycan tərəfi törətdiyi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqsirəndirilən şəxsin ekstradisiyasını tələb etmək niyyətini təsdiqləyib.
Məhkəmə materialında qeyd olunub ki, hazırda təqsirləndirilən şəxsin Azərbaycanın hüquq-mühafizə orqanlarına ekstradisiyasına aşkar maneə yoxdur.
Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycanın sorğusu əsasında qiyabi həbs edilən və həmin ölkədə axtarışda olan şəxsi saxlayıblar.
O, respublikada terrorçuluq məqsədilə təlimlər keçirməkdə, cinayətkar birlik (cinayətkar təşkilat) yaratmaqda və Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaqda ittiham olunur.
Moskva məhkəməsi Azərbaycanın sorğusu əsasında saxlanılan şəxsin barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq onu istintaq təcridxanasına göndərib.apa

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar