Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ət bahalaşdı - Bu qiymətə oldu - VİDEO

Tarix: 09-09-2025 11:26     Baxış: 370 A- / A+
Dünya ət bazarında qlobal böhran yaşanır. Bu səbəbdən qiymətlər yeni rekord həddə çatıb.
Manevr.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2025-ci ilin iyul ayında dünyada ətin qiyməti iyuna nisbətən 1,2 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 6 faiz artıb. Elə ölkəmizdə də bu məhsulun qiymətində müntəzəm olaraq yüksəlmə müşahidə edilir.
Azərbaycan kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazasında yer alan göstəricilərə görə, 2025-ci ilin sentyabr ayının ilk həftəsində "8-ci kilometr" bazarında mal ətinin bir kiloqramı orta hesabla 16 manat 75 qəpiyə, quzu əti isə 21 manat 75 qəpiyə satılıb.
Bir il əvvəl bu bazarda mal ətinin bir kiloqramının qiyməti 13 manat 75 qəpik, quzu əti isə 18 manat 25 qəpik təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ət və ət məhsulları demək olar ki, hər ay bahalaşıb. İlin yanvar-iyul aylarında qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən orta hesabla 6,8 faiz artıb.
İqtisadçı Xalid Kərimli hesab edir ki, qiymətlərin artmasına baxmayaraq, bahalaşmaya səbəb tələbatın azalmamasıdır:
"Artan qiymətləri əhali qarşılaya bilir. Alıcılıq qabiliyyətinin yüksəlməsi yeni bazar tarazlıqları formalaşdırır. Digər səbəb isə saxlanılan heyvanların sayındakı azalmadır. 2021-ci ilin yanvarında ölkədə 2 milyon 651 min baş iribuynuzlu heyvan vardısa, 2025-ci ilin iyulunda bu göstərici 7,4 faiz azalaraq 2 milyon 454 minə düşüb. Eyni dövrdə xırdabuynuzlu heyvanların sayı 8 milyon 90 mindən 15 faiz azalaraq 6 milyon 887 min başa enib".
Ekspert deyir ki, bundan başqa ölkəyə ət idxalının azalması və dəyərinin yüksəlməsi də qiymətlərə təsirsiz ötüşmür.
Ətraflı Baku TV-nin süjetində:

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar