Xəbər lenti
Prezident Samir Şərifova daha bir vəzifə verdi
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.Manevr.az sərəncamın mətnini təqdim edir:
1. 2026-cı il iyunun 16–19-da İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
| Təşkilat Komitəsinin sədri | ||
| Samir Şərifov | - | Azərbaycan Respublikası Baş nazirinin müavini |
| Təşkilat Komitəsi sədrinin müavini | ||
| Mikayıl Cabbarov | - | Azərbaycan Respublikasının iqtisadiyyat naziri |
| Təşkilat Komitəsinin üzvləri: | ||
| Ceyhun Bayramov | - | Azərbaycan Respublikasının xarici işlər naziri |
| Sahil Babayev | - | Azərbaycan Respublikasının maliyyə naziri |
| Adil Kərimli | - | Azərbaycan Respublikasının mədəniyyət naziri |
| Kəmaləddin Heydərov | - | Azərbaycan Respublikasının fövqəladə hallar naziri |
| Vilayət Eyvazov | - | Azərbaycan Respublikasının daxili işlər naziri |
| Rəşad Nəbiyev | - | Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri |
| Teymur Musayev | - | Azərbaycan Respublikasının səhiyyə naziri |
| Şahin Bağırov | - | Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri |
| Elçin Quliyev | - | Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi |
| Vüsal Hüseynov | - | Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi |
| Fuad Nağıyev | - | Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri |
| Taleh Kazımov | - | Azərbaycan Respublikası Mərkəzi Bankının sədri |
| Samir Rzayev | - | “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti |
| Eldar Əzizov | - | Bakı Şəhər İcra Hakimiyyətinin başçısı. |
2.1. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu”na uyğun olaraq, İllik Toplantıların təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlanmasını və icrasını təmin etsin;
2.2. İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar digər zəruri məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə bağlı İslam İnkişaf Bankı Qrupu ilə əlaqələndirmə və Təşkilat Komitəsinin katibliyi funksiyalarını həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görsün.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































