Sizin Reklam Burada
Xəbər lenti
02-10-2025
01-10-2025
BÜTÜN XƏBƏRLƏR

Arvadının həbs etdirdiyi məşhur iş adamından xəbər var

Tarix: 08-09-2025 11:18     Baxış: 377 A- / A+
“AzerTelecom” şirkətinin Direktorlar şurasının sabiq sədri, Ailə TV, Caspian Telecom MMC şirkətlərinin təsisçisi Fuad Allahverdiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Manevr.az pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmədə araşdırılacaq.
Qeyd edək ki, F.Allahverdiyev Cinayət Məcəlləsinin 133 və 151-ci (Əzab vermə və seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri üzrə ittiham edilərək 2024-cü ilin aprelində həbs olunub.
Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, iş üzrə zərərçəkmiş şəxs F.Allahverdiyevin keçmiş həyat yoldaşı G.Allahverdiyevadır. Əvvəllər “Azərreyl” voleybol klubunun üzvü olmuş G.Allahverdiyeva deyib ki, 2022-ci ilədək evli olduğu Fuad ona qarşı mütəmadi fiziki zorakılıq edib, müxtəlif qadınlarla birgə seksual xarakterli hərəkətlər etməyə vadar edib. O iddia edib ki, keçmiş əri yaşadıqları Şüvəlan qəsəbəsindəki villada çoxsaylı məclislər təşkil edib, həmin məclislərə rəqqasələr və sevgi münasibətində olduğu qadınları da dəvət edib.
F.Allahverdiyev isə G.Allahverdiyevanın əxlaqsız həyat tərzi sürdüyünü, ona böhtan atdığını deyib. Daha sonra keçmiş arvadının ondan 400 min manat oğurladığını iddia edib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Fuad Allahverdiyevə 133-cü (əzab vermə) maddəsi üzrə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi üzrə bəraət verib. İş adamının həbsdə saxlanıldığı 10 ay 18 gün müddət cəzadan çıxılıb və onun üzərində qəti olaraq 2 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Üzərinə elektron qolbaq taxılan məşhur biznesmen məhkəmə zalından sərbəst buraxılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar