Xəbər lenti 
					
 
		Arvadının həbs etdirdiyi məşhur iş adamından xəbər var
 “AzerTelecom” şirkətinin Direktorlar şurasının sabiq sədri, Ailə TV, Caspian Telecom MMC şirkətlərinin təsisçisi Fuad Allahverdiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
“AzerTelecom” şirkətinin Direktorlar şurasının sabiq sədri, Ailə TV, Caspian Telecom MMC şirkətlərinin təsisçisi Fuad Allahverdiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.Manevr.az pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmədə araşdırılacaq.
Qeyd edək ki, F.Allahverdiyev Cinayət Məcəlləsinin 133 və 151-ci (Əzab vermə və seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri üzrə ittiham edilərək 2024-cü ilin aprelində həbs olunub.
Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, iş üzrə zərərçəkmiş şəxs F.Allahverdiyevin keçmiş həyat yoldaşı G.Allahverdiyevadır. Əvvəllər “Azərreyl” voleybol klubunun üzvü olmuş G.Allahverdiyeva deyib ki, 2022-ci ilədək evli olduğu Fuad ona qarşı mütəmadi fiziki zorakılıq edib, müxtəlif qadınlarla birgə seksual xarakterli hərəkətlər etməyə vadar edib. O iddia edib ki, keçmiş əri yaşadıqları Şüvəlan qəsəbəsindəki villada çoxsaylı məclislər təşkil edib, həmin məclislərə rəqqasələr və sevgi münasibətində olduğu qadınları da dəvət edib.
F.Allahverdiyev isə G.Allahverdiyevanın əxlaqsız həyat tərzi sürdüyünü, ona böhtan atdığını deyib. Daha sonra keçmiş arvadının ondan 400 min manat oğurladığını iddia edib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Fuad Allahverdiyevə 133-cü (əzab vermə) maddəsi üzrə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi üzrə bəraət verib. İş adamının həbsdə saxlanıldığı 10 ay 18 gün müddət cəzadan çıxılıb və onun üzərində qəti olaraq 2 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Üzərinə elektron qolbaq taxılan məşhur biznesmen məhkəmə zalından sərbəst buraxılıb.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















