Xəbər lenti 
					
 
		Siqaret çəkmək mədəaltı vəzi xərçəngini sürətləndirir – Yeni ARAŞDIRMA
 Siqaret çəkən insanlarda mədəaltı vəzi xərçəngi daha sürətli inkişaf edir. Bu, siqaret tüstüsündəki toksinlərə qarşı immun sisteminin spesifik reaksiyası ilə bağlıdır.
Siqaret çəkən insanlarda mədəaltı vəzi xərçəngi daha sürətli inkişaf edir. Bu, siqaret tüstüsündəki toksinlərə qarşı immun sisteminin spesifik reaksiyası ilə bağlıdır.Bu barədə ABŞ-nin Roqel Xərçəng Mərkəzinin alimləri araşdırmanın nəticəsinə uyğun elan ediblər.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, siqaret tüstüsündəki zəhərli maddələr şişlərin davranışını dəyişir, onların böyüməsini sürətləndirir və metastazı tezləşdirir.
Bu prosesdə interleykin-22 (IL-22) zülalını istehsal edən və bədənin təbii antişiş müdafiəsini zəiflədən T-tənzimləyici hüceyrələr mühüm rol oynayırlar. Təcrübələrdə siçanlardan həmin hüceyrələr bütünlüklə çıxarıldıqda siqaret tüstüsünün şiş böyüməsini stimullaşdırmaq qabiliyyəti də yoxa çıxıb.
Alimlər bu nəticələri mədəaltı vəzi xərçəngi olan xəstələrdən götürülmüş nümunələri təhlil etməklə də təsdiqləyiblər. Məlum olub ki, siqaret çəkən xəstələrdə T-tənzimləyici hüceyrələrin miqdarı siqaret çəkməyənlərə nisbətən əhəmiyyətli dərəcədə çoxdur. oxu.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















