Sizin Reklam Burada
Xəbər lenti
02-10-2025
01-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu gecə “Qanlı Ay” müşahidə olunacaq

Tarix: 07-09-2025 13:35     Baxış: 380 A- / A+
Azərbaycanda bu gecə “Qanlı Ay” müşahidə olunacaq
Sentyabrın 7-dən 8-nə keçən gecə Azərbaycan ərazisində tam Ay tutulması - el arasında “Qanlı Ay” adlandırılan astronomik hadisə müşahidə olunacaq.
Manevr.az bildirir ki, bu barədə Azərtac-a Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aytac İskəndərova məlumat verib.
Onun sözlərinə görə, tutulma prosesi saat 19:28-də Ayın Yer yarımkölgəsinə daxil olması ilə başlayacaq. Saat 21:30-da isə Ay tam tutulma mərhələsinə keçəcək.
“Tutulmanın maksimum mərhələsi saat 22:11-də baş verəcək. Bu zaman Ay səma cisimləri arasındakı işıq sönməsi səbəbilə qırmızımtıl rəngdə görünəcək. Tam tutulma mərhələsi 22:52-yə qədər davam edəcək. Ay tutulması prosesi bütövlükdə saat 00:55-də, Ayın yarımkölgədən çıxması ilə sona çatacaq. Ümumilikdə, tutulma təxminən 5 saat davam edəcək”, - deyə A.İskəndərova qeyd edib.
Rəsədxanasının elmi işçisinin sözlərinə görə, bu nadir astronomik hadisə yalnız Azərbaycanda deyil, Avropa, Asiya, Afrika və Avstraliyada da müşahidə oluna biləcək. Lakin Şimali və Cənubi Amerikada həmin vaxt Ay üfüqdən aşağıda olacağı üçün tutulma izlənə bilməyəcək.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar