Sizin Reklam Burada
Xəbər lenti
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 172 radiotezlik resursu dövlət resursu kimi geri alınıb

Tarix: 05-09-2025 17:30     Baxış: 335 A- / A+
Azərbaycanda 172 radiotezlik resursu dövlət resursu kimi geri alınıb
Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Məlumata görə, iclasda gündəlikdə olan 18 müraciətə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Müraciətlərdən 14-ü radiotezliklərin ayrılması, 4-ü isə yenidən rəsmiləşdirmə ilə bağlı olub.
Onlardan 3-ü radiorabitənin təşkili məqsədilə radiostansiyalarda, 1-i aviasiya avadanlıqlarında, 4-ü gəmilərdəki radio avadanlıqlarında istifadə üçün ayrılan tezliklərdir. Eyni zamanda GNSS (Global Navigation Satellite System) məlumatlarının ötürülməsi məqsədilə 2, simsiz giriş şəbəkələri (Wi-Fi simsiz texnologiyası) üçün 2, mobil rabitənin təşkili üçün 1 və radiolokasiya üçün (Dopler radarı) isə 1 radiotezliyin ayrılması ilə bağlı qərar verilib. Həmçinin 4 qərar adı dəyişdirilən şirkətlər üçün daha öncə ayrılmış radiotezliklərin yenidən rəsmiləşdirilməsi ilə əlaqədardır.
Nəticədə, Dövlət Komissiyasının iclasında baxılan məsələlərin hamısı müsbət cavablandırılaraq müvafiq icazələr verilib.
Eyni zamanda Radiotezliklər üzrə Dövlət Komissiyasının müvafiq qərarları ilə ümumilikdə 172 ədəd radiotezlik resursu (radiotezlik nominalları) dövlət resursu kimi geri alınıb.
Onlardan 8-i əvvəlki iclaslarda tezliklərin ayrılmasına icazə verilmiş, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraq könüllü olaraq radiotezlik istifadəsindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1-ci maddəsinə uyğun olaraq imtina edən tezlik istifadəçisi ilə bağlı olub.
Həmçinin 1 radiotezliyin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-1.2-ci maddəsinə uyğun olaraq radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində Dövlət Radiotezliklər İdarəsi ilə radiotezliklərdən istifadəyə dair müqavilə bağlamayan istifadəçidən geri alınması ilə bağlı qərar qəbul olunub.
Eyni zamanda radiotezliklərdən 163-ü “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-1.3-cü maddəsinə uyğun olaraq radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəlikləri yerinə yetirməyən, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişləri tam aparmayan və ayrılmış radiotezlikləri 3 ay müddətində istifadə etməyən tezlik istifadəçilərindən alınıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları”na əsasən, respublika ərazisində istehsal edilən, modernizə və ya idxal olunan, həmçinin istismarı nəzərdə tutulan radioelektron vasitələr üçün radiotezlik zolaqlarının ayrılması məqsədilə hüquqi və fiziki şəxslər yazılı formada Komissiyaya müraciət etməlidirlər.
Əsasnaməsinə uyğun olaraq Dövlət Komissiyası nəzdində yaradılan və daimi fəaliyyət göstərən Katibliyin funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bilavasitə və tabeli qurumları vasitəsilə həyata keçirir. Katiblik Dövlət Komissiyası iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həlli, mülki məqsədlər üçün radiotezliklərin ayrılmasına dair müraciətlər üzrə araşdırma aparılması, müzakirəyə çıxarılacaq məsələlərə aid sənədlərin hazırlanması, iclasların təşkili, nəticələrinin protokollaşdırılması və kargüzarlıq işlərini icra edir.
Radiospektr idarəçiliyini həyata keçirən İnformasiya Kommunikasiya 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar