Xəbər lenti 
					
 
		Sumqayıtda daha 208 kirayə mənzil satışa çıxarıldı

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində 208 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir. Yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.
Manevr.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Bildirilib ki, yeni mnzillər seçim üçün 12.09.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7970 kirayə müqaviləsi bağlanılıb.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















