Xəbər lenti 
					
 
		Bu ərazilərdə işıq olmayacaq

Bu gün Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədi ilə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində sentyabrın 2-də təmir-bərpa işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Xırdalan şəhəri Əhməd Cavad, Tofiq Bayramov, Vəli Axundov küçələri, Heydər Əliyev prospektinin bir hissəsi, saat 10:00-dan 14:00-dək Qobu qəsəbəsi Kərpic zavodun ətrafında yerləşən yaşayış yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















