Sizin Reklam Burada
Xəbər lenti
02-09-2025
01-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu tikinti materiallarına QADAĞA qoyulacaq

Tarix: 31-08-2025 14:54     Baxış: 355 A- / A+
Azərbaycanda bu tikinti materiallarına QADAĞA qoyulacaq
Azərbaycan hökuməti tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni tədbirlər paketi hazırlayır.
Manevr.az xəbər verir ki, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)" indikatoru üzrə 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.
Yeni mexanizmlər tikintiyə nəzarət və təhlükəsizlik standartlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Tikinti ərazilərində ekoloji və radioloji risklərin qiymətləndirilməsi və idarə olunması üçün hüquqi baza yaradılacaq.
Özbaşına tikintilərin qarşısının alınması üzrə məsuliyyət sərtləşdiriləcək. Xüsusilə mühafizə və sanitar zonalarda, həmçinin neft-qaz yataqları ərazilərində qanunsuz tikinti işlərinə qarşı nəzarət gücləndiriləcək.
Şəhərsalma və Tikinti Məcəlləsində istifadə olunan anlayış və müddəalar dəqiqləşdiriləcək, vətəndaşların və sahibkarların maarifləndirilməsi üçün normativ dəyişikliklər ediləcək.
Sağlamlığa zərərli tikinti materiallarının istifadəsinə məhdudiyyət qoyulacaq. Tikintiyə dövlət nəzarətinə özəl şirkətlərin cəlb olunması imkanları araşdırılacaq.
Bundan başqa, tikinti layihələrinin ekspertizası və xərclərin hesablanması qaydalarının təkmilləşdirilməsi, eləcə də yükdaşıyan konstruksiyalarda yaranan problemlərə görə məsuliyyətin müəyyən edilməsi nəzərdə tutulur.
Hazırlanacaq təkliflər beynəlxalq təcrübəyə uyğun olaraq Komissiyaya təqdim ediləcək.
Sənədin icra müddəti oktyabrın 1-nə qədər müəyyən edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar