Xəbər lenti
Günay Əfəndiyeva Pirallahı rayonunda yeni inşa edilən məscidi ziyarət edib
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva təmsil etdiyi Pirallahı rayonunda yeni inşa edilən məscidi ziyarət edib. Manevr.az bildirir ki, deputat, bu ziyarətlə bağlı öz şəxsi facebook hesabında paylaşım edib:
"Bu gün təmsil etdiyim Pirallahı rayonunda yerləşən Pirallahı qəsəbə məscidini ziyarət etdik.
Bu məscid müasir dövrümüzdə inşa edilən yeni ibadət ocaqlarındandır.
Məscidin divar rəflərində dini əsərlər ilə yanaşı, bədii kitablar yer alırdı. Bu çox dəyərli bir yanaşmadır. Bu – ədəbi düşüncənin, təfəkkürün, mənəviyyatın ibadətlə birgə yaşamasıdır.
Allah bu mübarək Cümə günündə dualarımızı, ehsanlarımızı qəbul etsin", G.Əfəndiyeva qeyd edib.


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































