Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kərim Vəliyev anons etdi: “Sentyabrda...”

Tarix: 29-08-2025 22:36     Baxış: 397 A- / A+

Bunu Türkiyənin Zəfər Bayramına həsr edilən mərasimdə Azərbaycan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev deyib.

General qeyd edib ki, orduda həyata keçirilən hərbi islahatlar qoşunların imkanlarını əhəmiyyətli dərəcədə artırıb və döyüş qabiliyyətini yüksək səviyyəyə çatdırıb: 

"Baş Qərargahlar səviyyəsində mütəxəssislərin iştirakı ilə planlı işçi görüşlər keçirilir və intensiv danışıqlar aparılır. Bu il ərzində Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr və Milli Müdafiə Universitetlərinin nümayəndələrinin cəlb olunması ilə quruda, havada və dənizdə müxtəlif səviyyəli birgə təlimlər keçirilib. Cari il ərzində ümumilikdə 30-dək hərbi təlim həyata keçiriləcək. Eyni zamanda, 70-dən artıq konfrans, seminar, kurs və məşq təşkil olunub. İlin sonunadək tədbirlərin sayının artırılması və miqyasının genişləndirilməsi planlaşdırılır. Bundan əlavə, Azərbaycan və Türkiyə orduları, eləcə də dost ölkələrin hərbi qulluqçularının iştirakı ilə keçirilən təlimlərə də xüsusi diqqət yetirilir".

General-polkovnik Kərim Vəliyev əlavə edib ki, sentyabr ayında Azərbaycanda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan və Qətərin xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz Qardaşlıq" çoxmillətli təlimi keçiriləcək:

"Əminliklə bildirirəm ki, iki qardaş ölkənin müdafiə sahəsində əldə etdiyi nailiyyətlər hərbi birliyimizi daha da möhkəmləndirir və regionda əmin-amanlığın, sabitliyin qorunmasına böyük töhfə verir". oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar