Sizin Reklam Burada
Xəbər lenti
01-09-2025
31-08-2025
BÜTÜN XƏBƏRLƏR

Şəhid jurnalist Sirac Abışovun doğum günüdür

Tarix: 29-08-2025 12:43     Baxış: 345 A- / A+
Kəlbəcər rayonu, Susuzluq kəndində mina partlayışı nəticəsində şəhid olan jurnalist Sirac Abışovun avqustun 29-da doğum günüdür.
Manevr.az xatırladır ki, o, 1989-cu ildə Azərbaycan SSR-in Qubadlı şəhərində anadan olub.
O, Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşüb, Sumqayıt şəhərində yaşamağa başlayıb.
Sirac Abışov operator kimi 2019-cu ildən Azərbaycan Dövlət Televiziyasında (AzTV) fəaliyyətə başlayıb.
O, 2021-ci il iyunun 4-də Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlığında baş verən partlayış zamanı şəhid olub. Onun nəşi iyunun 5-də yaşadığı Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə şəhid jurnalistimiz 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə də təltif olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı ilə təltif edilib.
Qeyd edək ki, hadisə zamanı Siracla yanaşı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev də həlak olublar. Əlavə olaraq, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.
"Sərhədsiz Reportyorlar" Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimov və Sirac Abışovun adlarını daxil edib.
Sirac Abışovun və Məhərrəm İbrahimovun adları "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin ərazisində Azərbaycan mətbuatının şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar