Sizin Reklam Burada
Xəbər lenti
01-09-2025
31-08-2025
BÜTÜN XƏBƏRLƏR

Polisdən toy karvanları ilə bağlı müraciət

Tarix: 29-08-2025 09:56     Baxış: 375 A- / A+
Polisdən toy karvanları ilə bağlı müraciət
Baş Dövlət Yol Polisi İdarəsi toy karvanlarında yol hərəkəti qaydalarına riayət olunması ilə bağlı müraciət edib.
Manevr.az xəbər verir ki, müraciətdə deyilir:
"Toy insan həyatının ən sevincli və unudulmaz günlərindən biridir. Baş Dövlət Yol Polisi İdarəsi də bu münasibətlə bütün ailə quranlarq xoşbəxtlik və rifah arzulayır.
Lakin müşahidələr göstərir ki, toy karvanlarına qoşulan bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq ümumi hərəkət təhlükəsizliyinə ciddi risklər yaradırlar. Sürət həddinin aşılması, təhlükəli manevrlərin edilməsi, səs siqnallarından həddindən artıq istifadə, avtoxuliqanlıq xarakterli davranışlar və digər hərəkət iştirakçılarına maneələrin yaradılması bu qəbildəndir. Belə halların baş verməsi isə həm karvanda iştirak edənləri, həm də digər hərəkət iştirakçılarını təhlükə altında qoyur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, toy karvanlarında:
- nəqliyyat vasitələrinin sayının məhdud saxlanılması,
- yalnız bir hərəkət zolağı üzrə hərəkət edilməsi,
-  ara məsafəsinin gözlənilməsi,
- optimal sürət rejiminin seçilməsi,
- içkili halda sükan arxasına keçilməməsi toyun xoşbəxt sonluğu üçün vacib şərtlərdir.
Unutmaq olmaz ki, sevincli günün acı xatirəyə çevrilməməsi üçün hər bir sürücü məsuliyyətli davranmalı və yol hərəkəti qaydalarına ciddi riayət etməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa və qaydalara əməl etməyə çağırır”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar