Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir

Tarix: 26-08-2025 14:25     Baxış: 375 A- / A+


Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı  enerji içkisi istehsal edir
Emin Ağalarova məxsus “Uni Pak” MMC avqustun 20-də enerji içkilərinin buraxılışı üçün uyğunluq bəyannaməsi alıb. Söhbət “Rusiya Ordusu. Klassik dad” ticarət markası altında içkilərin seriyalı istehsalından gedir.
Rusiya mediası xəbər verir ki, bu barədə Rosakkreditasiyanın məlumatlarında bildirilir.
İçkilər 0,2–0,5 litr həcmli alüminium bankalarda istehsal oluna bilər. “Uni Pak”ın kommersiya direktoru Aleksandr Çirkov bildirib ki, bəyannamələrin rəsmiləşdirilməsi müntəzəm istehsal proseslərinin bir hissəsidir.
“Uni Pak” Moskva vilayətinin Mojaysk şəhərində yerləşən “Spaso-Borodinskiye vodi” zavodunu idarə edir. Orada müqavilə əsasında Rusiya və beynəlxalq şirkətlər üçün içkilər istehsal olunur, məhsullar federal şəbəkələrə və 23 ölkəyə göndərilir.
“Rusiya Ordusu” enerji içkiləri hazırda bəzi Moskva “Voentorg” mağazalarında satışdadır. Bu şəbəkə Müdafiə Nazirliyinin nəzarətindədir. Nazirlik həmçinin əsas istehsal sinifləri üzrə “Rusiya Ordusu” ticarət nişanına sahibdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar