Hindistanın Uttar-Pradeş ştatında qadın toydan sonra ərinin qızılını, gümüşünü və pullarını götürərək qaçıb.
Xarici media bildirir ki, hadisə Badaun dairəsində baş verib. Kişinin sözlərinə görə, 2024-cü ilin sentyabrında elçilər onları Bihar ştatından olan Nibxa Kumari adlı qızla tanış ediblər və tezliklə toy baş tutub. Elçilər bu iş üçün 1,6 milyon rupi (təxminən 31 min 635 manat) alıblar.
Üç gün sonra qadın ailəni yeməyə dəvət edib və yeməyə gizlicə yuxugətirici qatıb. Kişi səhərə qədər yatıb. Ayılanda isə artıq qız yoxa çıxıb. Onunla birlikdə evdən qızıl və gümüş bəzəklər, həmçinin 20 min rupi pul da itib.
Kişinin qohumları itkin düşən qızın ailəsi ilə əlaqə saxlamağa çalışıblar, lakin qarşılıq olaraq yalnız hədələmələrlə üzləşiblər. Zərərçəkənlər hesab edirlər ki, o, bu işi elçilərlə əlbir həyata keçirib. Onlar polisə müraciət etsələr də, şikayəti qeydiyyata almaqdan imtina olunub. Yalnız məhkəməyə müraciətdən sonra iş üzrə cinayət işi açıla bilib.lent.az
Xəbər lenti
Gəlin toydan sonra ərini qarət edib qaçdı

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar