Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Erməni general: Bakı o qədər silah alıb ki...

Tarix: 11-07-2017 16:13     Baxış: 5439 A- / A+
Erməni general:

Ermənistan və Azərbaycan arasında qüvvələr balansı artıq çoxdan pozulub. Azərbaycanın o qədər silahı var ki, onunla silah muzeyi açmaq olar.
Bunu “1in.am” saytına açıqlamasında hərbi cinayətkar, “komandos” ləqəbli erməni general-mayor Arkadi Ter-Tadevosyan söyləyib. Ölkəsinin zəif olmasını bildirən general həm də İrəvanın etnik təmizləmələr aparmasını dolayısıyla etiraf edib:

“Azərbaycan silahı təkcə Rusiyadan yox, Pakistan, Türkiyə və İsraildən də alır. Lakin bizdə olan bir silah onlarda yoxdur. Biz bütün xalqımızla vətənimizi müdafiə edirik, onlar isə çoxmillətlidirlər (bununla da Tadevosyan etnik təmizləmələrlə Ermənistanın özünü monoetnik ölkə etdiyini etiraf edir – Axar.az). Onlar bundan sonra da silah alacaqlar, çünki çox pulları var”.

Rusiya xüsusi xidmət orqanları və Rusiyadakı erməni oliqarxlarla geniş əlaqəsi olan Tadevosyan müsahibəsində həmçinin Moskvanı tənqid etməkdən çəkinib. Onun fikrincə, Rusiyanın Azərbaycana silah satması biznes marağıdır:

“Rusiyanın siyasəti almaq istəyən hər kəsə silah satmaqdır. Burada fərqli fikirlər var. Məncə, Rusiyaya pul lazımdır. Onlar hazırda ağır vəziyyətdədirlər və ona görə də silah satıb gəlir əldə edirlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar