Xəbər lenti
Gəl ərəb gəl... - Ərəblərin Azərbaycana axınının səbəbi nədir?
Ötən ildən başlanan ərəblərin Azərbaycana axını bu il daha kütləvi hal aldı. Ölkəmizə gələn ərəblər ən bahalı otellərdə qalırlar ki, bu da turizmin inkişafı və gəlirlərin artması deməkdir.
Bu il Azərbaycana gələn turistlər arasında ərəb ölkələri ilk sırada dayanır. Ölkədə İslam oyunları və “Formula-1” yarışlarının keçirilməsi Azərbaycanı Avropa və Yaxın Şərqdə xeyli tanıtdı. Bu gedişlə axın daha da artacaq. Neftin qiymətinin aşağı düşdüyü bir vaxtda turizm sektorunun inkişafı ölkə iqtisadiyyatı üçün faydalıdır. Üstəlik, artıq ərəblər təkcə paytaxtda yox, bölgələrdə də özünü göstərməyə başlayıb.
Hazırda Azərbaycan ərəb axınına görə, rəqiblərimiz - Ermənistan və Gürcüstanı qabaqlayır. Ermənistan və Gürcüstan özünü Rusiyada reklam edir. Rusiyanın səyahət jurnallarında, forumlarda Cənubi Qafqazdan ən az reklam olunan Azərbaycandır. Ermənistan rus turizm jurnallarında ön səhifələrdə olmağa can atır. Çünki bu ölkənin iqtisadiyyatını ayaqda saxlamaq üçün başqa variantı yoxdur.
Azərbaycanda turizm üçün böyük potensial olsa da, görülməli işlər hədsizdir. Ölkədə ucuz otellər şəbəkəsinin yaradılması, istirahət yerləri olsa da, yol və infrasturuktur problemləri var. Üstəlik, aviabiletlər bahadır. Turizm obyektləri mövsümi işləyir. Ona görə də xidmətlər baha olur. Çünki onlar çalışırlar ki, 2-3 aya illik gəliri götürsünlər. Türkiyədə və digər ölkələrdə istirahət obyektləri həddən artıq ucuz fəaliyyət göstərir. Bunun əvəzində gəlir olur, artıq xərclər olmur. Və obyektlər hər zaman işləyir. Yəni turist bilir ki, yay-qış bu obyektə gələ bilər.
Ərəblər Azərbayacana turist kimi gəlirsə, biz turizm sferasını onlara uyğunlaşdırmalıyıq. Məsələn, Türkiyədə rus turistlər üçün xüsusi olaraq rus dilli işçilər işə alınır, ruslar spirtli içkiləri sevdikləri üçün spirtli içkilər pulsuz təqdim olunur. Rusların ünsiyyətdə çətinlik çəkməməsi üçün bütün şərait yaradılır. Biz də ərəblərin tələbatını qarşılamaq üçün işlər görməliyik.
Manevr.az xəbər verir ki, turizm üzrə ekspert Müzəffər Ağakərimov publika.az-a açıqlamasında bildirdi ki, ərəblərin Azərbaycana axınında bir nömrəli amil yüksək qonaqpərvərliklə qarşılaşmalarıdır:
“Azərbaycana gələn turistlərin sayı orucluq vaxtı səngisə də, yenidən artmağa başlayıb. Çünki burada onlara göstərilən qonaqpərvərlik yüksək səviyyədədir. Ərəblərin də hamısını eyniləşdirmək olmaz. İraqdan gələn ərəb turistlə Küveytdən gələn arasında tələbat fərqi var. Əlbəttə ki, küveytlilər daha lüks otellər istəyir. İslam oyunlarının da turist axınına böyük təsiri oldu. Söhbət təkcə ərəblərdən getmir. Artıq təkcə Bakıda yox, artıq bölgələrdə də ərəb turistlərə rast gəlmək mümkündür. Bu da Azərbaycandakı sabitliklə bağlıdır. Çünki turist sabit ölkəni sevir”.
Müsahibin fikrincə, turistlərin Azərbaycana axını həm də ölkədəki sabitliklə bağlıdır: “Bir turist bir ölkəyə səfər edəndə onun tələblərinə cavab verən amillər varsa (qalmağa rahat yer, şəhərin gözəlliyi, yeməklər, qonaqpərvərlik, ölkənin sabitliyi), ikinci dəfə mütləq ora səfər edəcək. Bu gün terrorizm dalğaları nəinki Türkiyə, Avropanın mərkəzinə qədər gedib çıxıb. O sabit ölkə də bizim Azərbaycandır. Amma bu bizi arxayınlaşdırmamalıdır. Biz çoxlu təbliğat aparmalıyıq, mədəniyyətimizi, mətbəximizi, turizm potensialımızı yüksək səviyyədə dünyaya tanıtmalıyıq. Həm qərbdə, həm şərqdə. Azərbaycanın il ərzində 10 milyon turist qəbul etmək imkanı var”.
Ağakərimov turizmi Azərbaycan iqtisadiyyatını ayaqda tuta biləcək proqress kimi gördüyünü bildirir:
Bu günkü proseslər göstərir ki, turizm sektoru Azərbaycanda gələcəyin lokomotividir. İqtisadiyyatın aparıcı qüvvəsidir. Bu həm də yeni iş yerlərinin açılması deməkdir. Fransa, Türkiyə, Avstriya, İspaniya və s. ölkələrin gəlirlərinin böyük bir hissəsi turizmdən gəlir. Bizdə niyə də olmasın? Bunun üçün turizm üzrə ixtisaslı kadrlar yetişdirmək lazımdır. 10-15 il əvvəllə müqayisədə bu sektor çox inkişaf edib. Əvvəllər dağ turizmi yox idisə, bu gün artıq müalicə turizmindən tutmuş qış turizminə qədər bütün sahələr var. Bilirsiz, turizm təkcə gəzmək deyil. Ona görə qollarımızı çırmayıb işləməliyik ki, sektorun bütün sahələrini inkişaf etdirək. Turistlər Azərbaycanda nəyi istəyirsə, tapa bilsin deyə çalışmalıyıq. Şeirdə deyilən kimi: Cənnət görmək istəyən, Azərbaycana gəlsin”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar