Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

Son 6 ayda Qarabağa nə qədər pul xərclənib?

Tarix: 15-08-2025 19:20     Baxış: 328 A- / A+


İşğaldan azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 2025-ci ilin yanvar-iyun ayları ərzində bütün maliyyə mənbələri hesabına 1 milyard 989 milyon 798 min manat vəsait sərf edilib.
Manevr.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər (408 mln. 11 min manat), Laçın (303 mln. 122.1 min manat) və Ağdam (260 mln. 833.3 min manat) rayonlarına ayrılıb.
Xatırladaq ki, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 73.5 milyon manat vəsait yönəldilib ki, bunun da 6 milyard 313.5 milyon manatı tikinti quraşdırma işlərinə sərf edilib. Beləliklə, hesabat dövründə azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin 31.5%-ni təşkil edib.
Aşağıdakı diaqramda cari ilin I yarısında azad edilmiş ərazilərdə rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi verilib:
Əlavə edək ki, azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə bu ilin dövlət büdcəsindən 4 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Cari ilin ilk 6 ayı ərzində isə dövlət büdcəsindən illik nəzərdə tutulmuş vəsaitin 38,8 faizi — yəni 1 milyard 552,4 milyon manatı istifadə olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar