Xəbər lenti
Tibb Universitetində təhsil haqqı niyə artırılıb?

Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb. Məlumata əsasən, təhsil haqları tibb ixtisası üçün 6 500 AZN, stomatologiya ixtisası üçün 6 000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5 000 AZN olaraq dəyişdirilib.
Bəs görəsən, artımın səbəbi nədir?
Manevr.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Mətbuat Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb:
"Bütün universitetlərdə olduğu kimi ATU-da da təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb".
Qeyd edək ki, artımın konkret səbəbi ilə bağlı sualımız cavabsız qalıb.
Xatırladaq ki, ATU-da təhsil haqlarının artırılması ilə bağlı ilk xəbər "Kaspi" qəzetində yayımlanıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























