Xəbər lenti
Saçdan hazırlanan diş pastası kariesi surətlə sağaldırmış

Bu barədə Daily Mail yazıb.
Qeyd edilib ki, London Kral Kollecinin tədqiqatçıları insan saçından və ya yundan əldə edilən keratinin zədələnmiş diş minasını ənənəvi flüorlu məhsullardan daha effektiv şəkildə bərpa edə biləcəyini müəyyən ediblər. Yeni texnologiya kariyesin ilkin mərhələlərini tamamilə dayandıra və dişlərin həssaslığını azalda bilər.
Yeni araşdırmanın müəlliflərinin fikrincə, keratin diş pastasına qatıla və ya dırnaq lakı kimi dişlərə çəkilən xüsusi gel kimi istifadə edilə bilər. Əgər kommersiya məsələlərini nəzərə alsaq, o zaman məhsul iki-üç ildən sonra bazara çıxa bilər.
Tədqiqatın əsas müəllifi Dr. Şerif Elşarkavi keratinin minanın quruluşunu təqlid edən sıx bir mineral təbəqə meydana gətirdiyini izah edib. O, tüpürcəkdəki minerallarla qarşılıqlı əlaqədə olan kristala bənzər bir çərçivə meydana gətirərək, tədricən kalsium və fosfor toplayır, dişi gücləndirir və açıq sinir kanallarını möhürləyir. ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar