Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
13-08-2025
BÜTÜN XƏBƏRLƏR

Rüşvətə görə həbs edilən xadimə azadlığa buraxıldı

Tarix: 14-08-2025 23:03     Baxış: 224 A- / A+
Rüşvətə görə həbs edilən xadimə azadlığa buraxıldıLənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi ilə birgə məhkum edilən xadimə Səlimə Mirzəyeva vaxtından əvvəl həbsdən azad olunub.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseyn belə qərar qəbul edib.

Xanım məhkum 8 illik cəzasının yarıdan çoxunu çəkməsinin, cəzaçəkmə müəssisəsinin müsbət rəyinin nəzərə alınmasını əsas gətirərək həbsdən azad edilməsini istəyib.

Yuxarı instansiya məhkəməsi ərizənin təmin edilməməsi üçün heç bir əsas görməyib. Qərara əsasən, xadimə azadlığa buraxılıb. S.Mirzəyevə cəza müddəti tam bitənə qədər məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyatda olacaq.
Məlumat üçün deyək ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülən məhkum qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlər çərçivəsində müəssisədən kənarda ola bilir.

Xatırladaq ki, xəstəxanada xadimə işləmiş S.Mirzəyeva baş həkimin göstərişi ilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib və digər həkimlərlə birlikdə xəstələrdən rüşvət alınmasında iştirak edib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il tarixli hökmü ilə baş həkim və digər təqsirləndirilən şəxslər də 9 ilə qədər həbs cəzasına məhkum olunub. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar