Xəbər lenti
Şair Kəramətin küçədə meyiti tapıldı
Şair, nasir, jurnalist Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb.Bu barədə "Qobustan" jurnalının əməkdaşı, yazıçı Oqtay Əhmədov sosial şəbəkədəki hesabında bildirib.
Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957-ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.
Əmək fəaliyyətinə Göyçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət "Novruz", "Oğuz eli" qəzetləri ilə əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub.
Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, "Ulduz" jurnalında və "Yaşıl budaqlar" almanaxında dərc olunub.
K.Şükürovun vəfat səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































