Sizin Reklam Burada
Xəbər lenti
13-08-2025
12-08-2025
BÜTÜN XƏBƏRLƏR

“TikTok”da hərbi formada video paylaşanlar cərimələnə bilər

Tarix: 13-08-2025 18:14     Baxış: 419 A- / A+
“TikTok”da hərbi formada video paylaşanlar cərimələnə bilər
Bu ilin aprel ayında qüvvəyə minmiş qanuna əsasən, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan şəxslərə hərbi geyim formasını daşımaq hüququ yalnız məhdud hallarda verilir. Qanuna görə, bu geyim yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, eləcə də Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü və Anım Günündə geyinilə bilər.
Lakin son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə "TikTok" və "Instagram" kimi platformalarda hərbi formanı qeyri-qanuni və düzgün olmayan şəkildə geyinən şəxslərə tez-tez rast gəlinir. Bəzi hallarda bu şəxslər formadan saqqalla, papaqsız, idman və ya uyğun olmayan ayaqqabılarla istifadə edir, formanın detallarını dəyişdirir və ya şəxsi üslublarına uyğunlaşdırırlar.
Bu cür yanaşma həm qanunun pozulmasıdır, həm də hərbi geyimin daşıdığı nüfuz və simvolik dəyəri zəiflədir. Ekspertlər bildirirlər ki, bu hallar qanun pozuntusu hesab oluna bilər və həmin şəxslərə qarşı inzibati tədbirlər görülməsi istisna deyil. Belə ki, müvafiq qurumların bu kimi halların qarşısını almaq üçün monitorinqlər apardığı, qaydaları pozan şəxslərə xəbərdarlıq, cərimə və digər tədbirlər tətbiq edə biləcəyi bildirilir.
Manevr.az xəbər verir ki, Modern.az-a açıqlamasında "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə də deyir ki, xüsusi günlərlə yanaşı adi günlərdə də bu formaları geyinənlərə rast gəlmək mümkündür:
"Hərçənd bununla bağlı qanunla cərimələr nəzərdə tutulur, əksər hallarda isə humanist yanaşma sərgilənərək xəbərdarlıqla kifayətlənilir. Əslində isə hərbi forma şəhid olmuş igidlərimizin, hazırda xidmətdə olan zabit, gizir və əsgərlərimizin simvoludur. Bu baxımdan hərbi formaya hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur".
O həmçinin qeyd edib ki, xüsusilə Zəfər Günü və oxşar tədbirlərdə hərbi formada iştirak edən qazilərimiz bu geyimin verdiyi rəmzi dəyəri qoruyurlar:
"Lakin forma geyinmək məsələsində daha sistemli yanaşmaya ehtiyac var. Məsələn, qardaş Türkiyədə qazilər üçün vahid geyim və xüsusi nişan mövcuddur. Bizdə də bu cür vahid qazi geyimi və ya tanınma nişanı təsis olunsa, həm formaya olan hörmət artar, həm də sui-istifadə hallarının qarşısı alınar.
Qeyd etmək vacibdir ki,  "Müharibə iştirakçısı" medalı çox gözəl bir simvoldur. Lakin bu medal yalnız  "44 günlük Vətən müharibəsi"ndə iştirak edən hərbiçilərə verilib. Aprel döyüşləri və Birinci Qarabağ müharibəsində iştirak edən igidlərimizə isə verilməyib. Halbuki, bu cür nişanlar onların cəmiyyətdə tanınması və hörmətlə qarşılanması üçün vacibdir. Əlbəttə bu medal onlara da verilərsə, qaziliyimizin simvolu və tanıdılması baxımından da çox yaxşı olar. Geyimə ehtiyac duymadan, sadəcə bu medal və ya nişan vasitəsilə onların qazi olduqları müəyyən edilə bilər".
B.Məmmədzadə onu da əlavə edib ki, məsələnin digər tərəfi isə sui-istifadə hallarının qarşısının alınmasıdır.
"Təəssüflə bildiririk ki, zaman-zaman qazi olmadığı halda hərbi geyimdə ictimai yerlərdə görünən, xüsusi təyinatlı qüvvələrin formasını geyinərək özünü həmin qüvvələrin üzvü kimi təqdim edən şəxslərlə rastlaşırıq. Onlar cəmiyyətin qazilərə və şəhid ailələrinə olan ehtiramından istifadə edirlər. Belə hallarda isə biz onları saxlayırıq və xəbərdarlıq edirik".
O həmçinin diqqətə çatdırıb ki, qanunvericilikdə hərbi formanı qanunsuz geyinməyə görə cərimələr nəzərdə tutulsa da, təcrübədə əksər hallarda humanist mövqe nümayiş etdirilir. Onun fikrincə, bu istiqamətdə daha çox maarifləndirmə və ictimai çağırışlara ehtiyac var:
"Eyni zamanda, bəzi dövlət qurumlarının və QHT-lərin keçirdiyi tədbirlərdə qazilərdən xüsusi olaraq forma geyinmələri xahiş olunur. Lakin nəzərə almaq lazımdır ki, hər kəsin forması olmaya, ya da bəzi hərbiçilərimiz maddi imkanları çatmadığı üçün geyimini yeniləməyə bilər. Düşünürəm ki, bununla bağlı maarifləndirmə məqsədli çağırışlar edilsə daha məqsədəuyğundur. Məhz bu səbəbdən də dövlət tərəfindən vahid qazi geyimi və ya simvolik nişan təsis olunması çox müsbət addım olardı".
Bəhruz Məmmədzadə vurğulayıb ki, qazilik anlayışı yalnız əlillik və ya yaralanma ilə məhdudlaşmamalıdır:
"Müharibə iştirakçıları - vuruşan, həyatını riskə atan, lakin xəsarət almayan şəxslər də bu rəmzə layiqdir. Bu baxımdan, aidiyyəti qurumlar belə nişanların verilməsi işində müvafiq addımlar atsalar daha gözəl olardı".
Nəticə etibarilə xatırlatmaq vacibdir ki, hərbi forma hər kəsin istədiyi zaman geyinə biləcəyi bir geyim deyil:
"Bu forma bir simvoldur - şəhidlərin qanı, qazilərin fədakarlığı, ordumuzun şücayəti ilə yoğrulmuş bir rəmzdir. Hər kəs bu geyimi yalnız ona aid olduğu hallarda və qaydalara uyğun şəkildə geyinməlidir. Ən önəmlisi isə, hər bir qazi və hərbi qulluqçu öz xidmət etdiyi sahənin formasını geyinsə daha yaxşı olar. Bu həm formaya, həm də Vətənə olan hörmətin təzahürüdür",- deyə o bildirib.
Qeyd edək ki, hərbi forma ilə bağlı qanunu pozanlara qarşı cərimələr də nəzərdə tutulub. Belə ki, xüsusi geyim formalarını qanunsuz olaraq daşımaya görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1 000 manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə tətbiq oluna bilər.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar