Sizin Reklam Burada
Xəbər lenti
13-08-2025
12-08-2025
BÜTÜN XƏBƏRLƏR

Pensiya ödənişləri niyə artıb?

Tarix: 13-08-2025 11:53     Baxış: 334 A- / A+


"Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu ilin ilk 7 ayında pensiya ödənişlərinə ötən ilin uyğun dövrü ilə müqayisədə 10 faiz çox vəsait ayrılıb. Bu o deməkdir ki, 367 miilyon manat çox olmaqla həmin müddətdə pensiyaların verilməsinə 4 milyard 142 milyon manat xərclənib. Pensiya ödənişlərindəki artım daha çox 2025-ci ildə 5-ci sosial paketin tətbiqi ilə bağlıdır".
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, sosial paket çərçivəsində bu ilin əvvəlindən etibarən bütün növ əmək pensiyaları 8,1 faiz indeksləşdirilərək artırılıb.
"Eyni zamanda, bu ilin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 320 manata çatdırılıb. Bunlar isə, pensiya xərclərinə birbaşa təsir göstərib.
Pensiya artımları 1.1 milyon vətəndaşımızı əhatə edib. Bu baxımdan, bu qərarlar ümumi pensiya ayırmalarının artmasına səbəb olub".
O həmçinin bildirib ki, bu ilin geridə qalan aylarında pensiya təyinaları da davam etdirilib.
"Yeni pensiya təyinatları dövlət büdcəsindən bu istiqamətə əlavə vəsait ayrılması anlamına gəlir. Həmin müddətdə 27 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Qeyd edək ki, bu aralıqda 94 min 200 nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub. Bu isə prosesin elektronlaşmasından və qərarların çevik qəbulundan xəbər verir.
2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 16,9 milyard manat təşkil edəcək. Sosial müdafiə və sosial təminat xərcləri isə 4,8 milyard manatdır. Bu isə 2025-ci ildə sosial istiqamətə, o cümlədən pensiya ödənişlərinə daha çox vəsaitin ayrılması deməkdir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar