Xəbər lenti
20 il işlədiyi şirkəti məhkəməyə verdi: Vəzifəmi artırmırlar

Lorans 1993-cü ildə, o vaxt France Télécom adlanan şirkətə böyük ambisiyalarla qoşulub.
Onda epilepsiya və bədənin yalnız bir tərəfini iflic edən hemiplejiya diaqnozu qoyulduqdan sonra, o, daha oturaq işə, katib vəzifəsinə keçirilib.
2002-ci ildə başqa işə köçürülmək üçün müraciət edən Lorans tibbi yoxlamadan sonra həmin vəzifəyə yararsız hesab edilib və "rezerv" siyahısına daxil edilib. O vaxtdan etibarən ona nə yeni iş yeri, nə də peşəkar fəaliyyət imkanı verilib.
"Bəli, mənə maaş verirdilər. Amma mənə elə davranırdılar ki, guya mövcud deyiləm", – deyə qadın bildirib. Onun sözlərinə görə, illər ərzində dəfələrlə təlim, vəzifə dəyişikliyi və dəstək istəsə də, nəticə olmayıb. 2015-ci ildə hökumətə və Anti-diskriminasiya üzrə Ali Şuraya şikayət etdikdən sonra da vəziyyət dəyişməyib.
Qadının vəkili Devid Nabet-Martin də bildirib ki, işəgötürən uzun illər ərzində iş şəraitini təmin etməyib və bu, Fransanın əmək qanunlarına görə diskriminasiya sayılır.
Orange isə qadının "fərdi sosial vəziyyətini nəzərə aldıqlarını" və ən yaxşı şəraiti yaratdıqlarını iddia edib. Şirkət onun üçün yeni vəzifə imkanlarını nəzərdən keçirdiyini, lakin tez-tez xəstəlik məzuniyyətində olduğu üçün bu prosesin baş tutmadığını bildirib. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar