Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Prezidentdən şok: Hökumət yaşlı icra başçıları ilə vidalaşır - Müdhiş siyahı

Tarix: 10-07-2017 20:55     Baxış: 3578 A- / A+
Prezidentdən şok: Hökumət yaşlı icra başçıları ilə vidalaşır


Prezident yaşlı icra başçıları ilə vidalaşmağa hazırlaşır. Yasamalın icra başçısı olmuş İbrahim Mehdiyevdən sonra növbədə bir neçə rayon rəhbəri var

Manevr.az-ın məlumatına görə, Hacıqabul icra başçısı Əhməd Muxtarov, Zaqatala icra başçısı Mübariz Əhmədzadə, Şirvan şəhər rəhbəri Mərdan Camalov, Sabirabadın icra başçısı Nazim İsmayılov və başda Bakı meri Hacıbala Abutalıbov olmaqla qocaman icra başçıları vəzifələri ilə sağollaşacaqlar.

Siyahıda Şəkinin icra başçısı Elxan Usubov, Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev, Ağcabədi icra başçısı Şahin Məmmədov və başqaları da var.

Dövlət başçısı özü kimi xarici dilləri bilən, Qərb ölkələrini görmüş gənc kadrları rayonlarda icra başçısı təyin etməyə hazırlaşır.

Bu prosesin yeni ildən başlanması gözlənilir. Ardınca bir-bir hansı regionlarda yaşlı icra başçıları varsa postunu tərk edəcək.

İqtidardakı mötbərən qaynaqlardan sızan xəbərlərə görə, artıq siyahıda bəzi icra başçılarının adları yer alır.

Hazırda ilkin məlumata görə, Ağsunun icra başçısı Ənvər Seyidəliyev, Beyləqanın icra hakimi Vaqif Abdullayev, Samuxun rəhbəri Alı Qocayev vəzifəsindən uzaqlaşdırıla bilər.

Ulus.Az-ın məlumatına görə, prezidentin prioritet addımlarından biri də hakim komandanı gəncləşdirməkdir.

Bu islahatların nazir və komitə sədrləri, müavinləri barədə olacağını xəbər vermişdik. Növbə icra başçılarına çatıb.

Prezident İlham Əliyev gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək. Hakimiyyətin müxtəlif postlarında yerləşmiş məmur ordusu var ki, müasir texnoloji biliklərdən uzaqdır.

İcra hakimiyyətlərində komputeri bilməyən, sms oxumağı bacarmayan, sosial şəbəkələrdən uzaqda olan əli qırışlı, qocalmış, pensiya yaşında məmurlar işləyir. Eləcə də NK-də veteranlar çoxdur.

Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var.

İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər. (ulus.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar