Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Tualet fırçasına kamera qoyub qadınları izlədi

Tarix: 11-08-2025 22:16     Baxış: 486 A- / A+
Tualet fırçasına kamera qoyub qadınları izlədiRusiyanın paytaxtı Moskvada tualetdə qadınları izləyən kişi saxlanılıb.

Bu gülməli insident Novo-uxtomskiy şossesindəki ticarət mərkəzində baş verib.

64 yaşlı elektrik bir müddət əvvəl "AliExpress" vasitəsilə bir neçə gizli videoregistrator alıb. Bundan sonra ticarət mərkəzinə yollanıb. Usta kameraları tualet fırçalarında gizlədib. Bütün bunları əxlaqsız şəxs qadın tualetində yerləşdirib. İşin əvvəlində ifşa olunmamaq üçün 64 yaşlı kişi qadın paltosu, parik, şərf, əlcək (hadisə erkən yazda olub) geyinib, üzünə isə dodaq boyası və tonal krem çəkib. Tezliklə aparat istifadəyə hazır olub.

Lakin ilk çəkiliş dərhal fiaskoyla nəticələnib. Əxlaqsız şəxs ifşa olunub və polis tərəfindən saxlanılıb. Ekspertiza elektrikdə müəyyən psixoloji sapmalar aşkar edib – məlum olub ki, o, qadınlara baxarkən həyəcanlanır. Onun barəsində Cinayət Məcəlləsinin iki maddəsi ("Şəxsi həyatın toxunulmazlığını pozma" və "Məlumatı gizli əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz dövriyyəsi") üzrə cinayət işi açılıb. Cinayətkara 250 min rubl məbləğində cərimə kəsilib. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar