Sizin Reklam Burada
Xəbər lenti
03-09-2025
02-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu sürücülərə xəbərdarlıq edildi

Tarix: 09-08-2025 13:16     Baxış: 354 A- / A+
İri qabarit, yüksək çəki və uzun tormoz məsafəsi yük avtomobilinin idarəsini digər avtomobillərə nisbətən daha çətin və məsuliyyətli edir. Bu xüsusiyyətlər nəzərə alınmadan hərəkət edilməsi qəza riskini dəfələrlə artırır.
 
Manevr.az xəbər verir ki, bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciətində yer alıb.
 
"Sürət həddinin seçilməsi zamanı hava şəraiti, yol örtüyünün vəziyyəti və daşınan yükün ağırlığı nəzərə alınmalı, qəfil yaranan vəziyyətlərdə vaxtında reaksiya vermək üçün təhlükəsiz məsafə qorunmalıdır. Zolaq dəyişmə, dönmə və digər manevrlər yalnız kifayət qədər yer və vaxt təmin edildikdən sonra icra olunmalıdır.
 
Yol kənarında dayanma yalnız qanunvericiliklə müəyyən edilmiş yerlərdə həyata keçirilməli, görünüş sahəsini məhdudlaşdıran, hərəkət zolaqlarını daraldan və qəza riskini artıran hallara yol verilməməlidir.
 
Fasiləsiz hərəkətin uzun müddət davam etməsi sürücünün diqqətini və reaksiya qabiliyyətini azaldır. Bu səbəbdən vaxtaşırı dayanaraq istirahət etmək, səhhətində problem olduğu halda sükan arxasına keçməkdən imtina etmək hər bir sürücünün borcudur.
 
Unutmayın! Qaydalara riayət olunması yol hərəkətində iştirak edən bütün şəxslərin həyat və sağlamlığının qorunması üçün zəruridir", - məlumatda qeyd olunub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar