Xəbər lenti
Bakıda 30 qaçqın ailəsi lisey zirzəmisində çürüyür: Tualet, hamam yox... - Video
Bakının Nizami rayonundakı peşə liseyində məskunlaşan məcburi köçkünlər məişət şəraitinin dözülməz olmasından şikayətlənirlər
Manevr.az xəbər verir ki, bu barədə gozetci.az yazıb.
Metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında, Nizami rayonu, Zərdabi küçəsi, 144 ünvanda həmin 4 saylı peşə liseyi yerləşir.
Litseyin hamamsız, tualetsiz, havasız zirzəmisində Zəngilan, Cəbrayıl və bir çox rayondan köçkün düşmüş 30-dan çox ailə məskunlaşıb.
Köçkünlərdən biri Narçiçək Behbudova 1994-cü ildən yataqxananın zirzəmisində yaşayır.
Əvvəlcə həmin yer yaşamaq üçün tamamilə yararsız olub. Qaçqınlar özləri oranı bir az düzəldiblər.
"Prezidentin bizim yaşayışımızdan xəbəri yoxdur. Ona bizim bu vəziyyəti lazımi orqanlar çatdırmır", - N.Behbudova bildirib.
Qənirə Qurbanova 21 ildir ki, həmin yataqxanada yaşayır. O, qaz təchizatının və sanitar-texniki şəraitin pis olmasından şikayətlənib. 4 nəfərlik ailə kiçik otaqda yaşayır.
Zəngilan köçkünü Svetlana Qarayeva deyib ki, hər il Qaçqınlarla İş üzrə Dövlət Komitəsi hər il orada yoxlama aparır.
Ulus.Az xəbər verir ki, sonuncu dəfə qurumun iki gənc əməkdaşı köçkünləri yalanda ittiham edib. Onların sözlərinə görə, köçkünlər hakimiyyəti aldadırlar. Onların fikrincə, belə şəraitdə insan yaşamaz.
S.Qarayeva qeyd edib ki, məmurlar yataqxanada iki dəqiqə dayana bilməyiblər, halbuki, bu insanlar 20 ildən çoxdur ki, burada yaşayır.
Sakinlər “Qaçqınkom” və Nizami Rayon İcra Hakimiyyətindən reaksiya gözləyirlər. Onlar bildirirlər ki, dövlətin imkanı 30 köçkün ailəsini normal evlə təmin etməyə çatır.
Amma bu günə kimi Nizami rayon icra başçısı Arif Qasımov sakinlərlə maraqlanmayıb, komitəyə məruzə etməyib. Eyni zamanda bu rayondan seçilən deputatlar da, köçkün rayonlarının millət vəkilləri də 30 ailənin harayına çatmayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar