Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Agentlik bu şirkəti 10 min 500 manat cərimələdi

Tarix: 07-08-2025 19:45     Baxış: 373 A- / A+
Agentlik bu şirkəti 10 min 500 manat cərimələdiAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində “ARKA” MMC Kağız və Kardon fabrikinin fəaliyyətində pozuntular aşkar olunub.
 
SİMDNX-dan verilən məlumata görə, tədbirlər zamanı müəyyən olunub ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən adıçəkilən fabrik tərəfindən fəaliyyəti zamanı formalaşan istehsalat tullantı suları qanunvericiliyin tələblərinə uyğun idarə olunmur.
 
Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib olunub, digər toplanmış materiallarla birlikdə Xəzər rayon Məhkəməsinə təqdim edilib.
 
Məhkəmənin qərarına əsasən, “ARKA” MMC təqsirli bilinərək barəsində 10 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.
 
ADSEA bir daha bütün hüquqi və fiziki şəxsləri su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar