Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yeni tariflər təsdiqləndi

Tarix: 06-08-2025 17:13     Baxış: 4122 A- / A+
 

Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorları tərəfindən təşkil olunan ölkədaxili telekommunikasiya kanallarına qoşulma və istifadə ilə bağlı tariflər tənzimlənib.
Manevr.az xəbər verir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq qərar imzalayıb.
Sənədə əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorları tərəfindən təşkil olunan ölkədaxili telekommunikasiya kanallarına qoşulma ilə bağlı tarif telekommunikasiya kanallarının tutumdan asılı olmayaraq ƏDV daxil olmaqla 50,0 manat təsdiq edilib.
Həmçinin, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorları tərəfindən təşkil olunan ölkədaxili telekommunikasiya kanallarından istifadə ilə bağlı aylıq tariflər aşağıdakı kimi olacaq:
Sıra sayıTelekommunikasiya kanalının tutumuTarif
(manat)
(ƏDV daxil olmaqla)
IIIIII
1.32 kb/s4,00
2.128 kb/s9,00
3.256 kb/s14,00
4.512 kb/s20,00
5.1 mb/s30,00
6.2 mb/s50,00
7.10 mb/s250,00
8.100 mb/s400,00
Məlumat üçün bildirək ki, qərar iyulun 28-də qəbul edilib, avqustun 5-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, avqustun 6-da qüvvəyə minib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar