Sizin Reklam Burada
Xəbər lenti
06-08-2025
05-08-2025
BÜTÜN XƏBƏRLƏR

Erkən təhsildən kənarda qalan azyaşlılar üçün təşkil olunan icma əsaslı sinfin fəaliyyəti uğurla həyata keçirilir

Tarix: 06-08-2025 15:33     Baxış: 351 A- / A+

Hacıqabul rayonunun Muğan qəsəbəsində erkən təhsildən kənarda qalan azyaşlılar üçün təşkil olunan icma əsaslı sinifin fəaliyyəti uğurla həyata keçirilib. 

Manevr.az
-ın xəbərinə görə, bu barədə Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbin müəllimi, layihə rəhbəri Sara Şirinova məlumat verib. Bildirib ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfindən "2024-2025-ci tədris ilində İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili" qrant müsabiqəsi çərçivəsində həyatda keçirilir. Layihə daha interaktiv və inklüziv təhsil imkanları təqdim etməyi hədəfləyir. Əsas məqsəd Hacıqabul rayonunda məktəbəqədər təhsilə əlçatanlığın artırılması, məktəbəqədər təhsilin inkişafı və təhsildə valideynin birgə iştirakını təmin etməklə keyfiyyətli təhsil xidmətlərinin həyata keçirilməsi, həmçinin uşaqların akademik uğurlarını və sosial bacarıqlarını yüksəltməkdən ibarətdir. Layihə rəhbəri həmçinin qeyd edib ki, "İcma əsaslı siniflər vasitəsilə müəllimlər, valideynlər və yerli icma nümayəndələri birlikdə çalışaraq uşaqların daha yaxşı təhsil almasına töhfə verirləblər."
Bu yeni tədris modelinin tətbiqi ilə kiçik yaşlıların dərs prosesində fəallığı artıb, onların sosial bacarıqları inkişaf edib və tədrisə olan maraqları daha da güclənib.
Layihə çərçivəsində dərslər həftənin 5 günü gündə iki saat olmaqla keçirilib, azyaşlılar üçün müxtəlif interaktiv dərslər, qrup layihələri və icma ilə əməkdaşlıq proqramları təşkil olunub.
Uşaqlar icma əsaslı məktəbəqədər təhsil sinfində həm sosiallaşıb, həm də məktəbə daha yaxşı hazırlanıblar.   
Qeyd edək ki, icma əsaslı siniflərin təşkili layihəsi Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilir və kənd məktəblərində təhsilin keyfiyyətini yüksəltmək üçün mühüm addımlardan biri hesab edilir.


                                 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar