Xəbər lenti
Təmtəraqlı yas məclislərinin ləğvi ilə bağlı rəsmi açıqlama

Manevr.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə açıqlamada bu təşəbbüslərin ilk növbədə cəmiyyətdə təmtəraqlı yas məclislərinin və həmin mərasimlərdə israfçılığın qarşısının alınmasına yönəldiyi bildirilib.
Qeyd olunub ki, yas mərasimlərinin keçirilməsi hər hansı normativ-hüquqi aktla tənzimlənmir, eyni zamanda, bununla bağlı Dövlət Komitəsinin üzərinə düşən konkret səlahiyyətlər yoxdur:
“Mərasimlərin keçirilməsi, əsasən, xalqın uzun illər ərzində formalaşmış adət-ənənələri və yerli ictimai təcrübəyə əsaslanır. Yas mərasimlərinin təşkili ilə bağlı yaranmış ənənənin dəyişdirilməsi üçün cəmiyyətdə ümumi konsensusun əldə olunması zəruridir.
Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































