Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Gicitkən yarpağına bükülmüş namə

Tarix: 03-08-2025 22:33     Baxış: 364 A- / A+

Baryer
 Əşyalar catlayanda, qopulanda, sıyrılanda deyirlər, zədələnib.
İnsanlar da çatlayır, qopulur, sıyrılır, amma onlar haqqinda zədələnib demirlər, yaralanıb deyirlər. Həm  də insanın digər varlıqlardan fərqli olaraq, təkcə vücudu deyil, ruhu da yaralanır.
 Ruh yaralarının sağalması daha uzun çəkir, bəzən heç sağalmır da. Bu yaraların sağalması üçün təkcə təbib deyil, insan özü də çarə araya gərək. Təsirli çarələrdən biri özünə söz verməkdir. Gərək özunə söz verəsən -- söz verəsən ki, heç kimin ( hətta o sənə yaxın, əziz, dogma şəxslərdən olmuş olsa belə) sənə qarşı 
yanlış, 
kobud, 
laqeyd, 
ədəbsiz, 
istehzalı, 
aqressiv,
 saxta, 
vicdansız, 
qədirsiz, 
unutqan, 
bədxah,
 təşəxxüslü, 
təmənnalı, 
hiyləgər, 
sərt, 
ədalətsiz 
münasibətindən inciməyəcəksən. Və gərək özünə verdiyin bu sözü hər yaralandığin ilk saniyələrdə dərhal xatırlayıb yaralarının üstünə məlhəm kimi cəkəsən. 
  Özünə verdiyin həmin sözü heç vaxt yadindan çıxarmasan, daha yaxşı: o zaman o söz artiq məlhəm deyil, zireh olar və sənin ruhunu  yaralanmaqdan qoruyar.
Çətindir, əlbəttə. Amma mümkündür. 
Vücud və ruhlarıniza sağlıq diləyilə.
 
Gicitkən yarpağına bükülmüş namə
Gicitkənin yaranışdan dalamaq xüsusiyyəti var, istəsə də, istəməsə də, kim gicitkənliyə girsə,  dalayacaqdır. Onun bu xasiyyətindən xəbərsiz kimsələr də var, dalamağına artıq məruz qalmıs xəbərdar kimsələr də var. Xəbərdar olanlar gərək mümkün qədər çalışalar ki, yolları bir daha gicitkənliyə düşməsin. 
 Amma hər hansı haqlı və ya haqsız səbəbdən yenidən gicitkənlikdən keçməli olsalar, onda başqa çarə yoxdur: gərək dalamasına dözüb yanğısı kecənədək səbir edələr.  
 Bir variant da var: gicitkənlikdə qoruyuculardan istifadə etmək. Məsələnin ən qəliz yeri elə burasıdır: hər kəsin  əlinin altında qoruyucu vasitələri olmur, olsa da, bəzən
 səbirsizlikdənmi,
 ehtiyatsızlıqdanmı, 
diqqətsizlikdənmi, 
yorğunluqdanmı, 
laqeydlikdənmi, 
məsuliyyətsizlikdənmi, 
bezginlikdənmi, 
ya nədənsə onlardan tam məqamında və düzgün istifadə edə bilmir...
Əgər birimizi hər hansı səbəb üzündən gicitkən dalayıbsa, onu da düşünmək lazımdır ki, bu gicitkəni tutan bir Əl də var. Elə bir Əl ki, Yer üzündəki hər varlıq və hadisəni onun sakinləri üçün oxunmali və içində mütləq bir xeyir gizlənmiş namə kimi xəlq edir --oxuyub anlamağa cəhd etsək...
 
Alma və limon
 Rast gəldiyimiz, ünsiyyətdə olduğumuz insanların hamısından hər növ situasiyalarda özümüzə uyğun  münasibət, öz düşüncəmizə münasib davranış,  görmək istədiyimiz  reaksiya tələb etmək qətiyyən doğru deyil. Kainatda mövcud olan hər bir varlıq digərindən az və ya çox dərəcədə fərqlidir.  Məsələn, bitkilər: alma ağacı, tutaq ki, limon gətirməz.  
İnsanların fərqli xüsusiyyətlərə malik olduğu bir həqiqətdir və bu həqiqəti qəbul etmək lazım gəlir.  Ən azından ona görə ki, bu məsələnin sosioloji-psixoloji  və bir sıra digər izahından başqa bir də  kimyəvi-bioloji tərəfi var. İnsanlar arasındakı ziddiyyətlərin çoxunun səbəbi bu həqiqətin inkar edilməsindən və ya zorla dəyişdirməyə cəhd edilməsindən törəyir.     Biz gərək anlamağa çalışaq ki, hər hansı bir şəxs özü istəməsə, özü hansı istiqamətdəsə dəyişməli olduğunu dərk edib qəbul etməsə və özünü bu dəyişməyə kökləməsə, onu dəyişdirmək mümkün deyil. Müdriklərin sözü ilə desək, insanlarla qarşılıqlı münasibətdə olduğumuz zaman gərək bir çox digər mətləblərlə bərabər, bunları da unutmayaq:

1.İnsanları biz yaratmamışıq.
2. İnsanları mühakimə edib  yaxşı-yamanını seçmək haqqı bizə verilməyib ( Yaradan Özü bilir).
3. İnsanları dəyişdirmək ixtiyarı da bizim deyil.

Deməli,  gərək ünsiyyətdə olduğumuz insanları necə varsa, eləcə - olduğu kimi qəbul edə bilək.
Bu o qədər də asan deyil, əlbəttə. Dərrakəmizdə hər cür davranışa, münasibətə uyğun gələn "qəlib" yoxdur, təbii ki.  Onda qalır bircə yol: gərək xarakter və davranışı istəklərimizə uyğun olmayan insanlarla ünsiyyətdən imtina edək - necə deyərlər, gərək  ya alma ağacındakı almaya qane olaq, ya da onun heç vaxt limon gətirməyəcəyini anlayıb ağacı rahat buraxaq. 
Hansını seçirsiniz?...

İmarət CƏLİLQIZI


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar