Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

"3 dəfə infarkt keçirən insan qəbirdə necə dirilər?"

Tarix: 02-08-2025 23:00     Baxış: 3107 A- / A+
"3 dəfə infarkt keçirən insan qəbirdə necə dirilər?""Retro Baku" yutub layihəsinin növbəti buraxılışı mərhum Xalq artisti Gülşən Qurbanovaya həsr edilib.

Aktrisanın həyatı, onun ölümündən sonra haqqında yayılan şayiələrdən bəhs olunub.

"Bayramda hamı evində otururdu. O isə oturmurdu. Gedirdi tədbirlərə. Biz də gecə yarısı 2-yə kimi gözləyirdik ki, nə vaxt gələcək. Heç kim deyə bilməzdi ki, Gülşənin səhhətində problem var. Bunu göstərmirdi. Şəkər xəstəsi idi. Yəqin problemlər bundan asılı idi. Qutu-qutu dərman içirdi. Ölümündən sonra xəbər çıxdı. Guya onu diri-diri basdırıblar. Yalandır" deyə, onun bacısı oğlu Cavid Əhədov deyib.

Proqramda aktrisanın vəsiyyətindən söz açılıb. Onun ölümündən sonra 1-2 gün dəfn edilməməyi istədiyi bildirilib.

Proqramda aktrisa ilə bağlı yayılan vəfatından sonra qəbirdə dirildiyi, hətta kəfənin düyününün açıldığı şayiəyə Xalq artisti Yasin Qarayev cavab verib.

"Bunlar yalan məlumatlardır. Üç dəfə infarkt keçirən bir insan necə dirilə bilər?".

Əməkdar artist Şəfəq Əliyeva onun qızı Kəmalədən danışıb:

"Gülşənin bir övladı var idi. Qızı Kəmalə heç elə bil Gülşənin qızı deyildi: ciddi, danışıb-gülməyən. Kəmalə ailə qurdu, amma övladı gec oldu. Gülşən bunun fikrini çəkirdi. Sonra nəvəsi dünyaya gəldi".
Qeyd edək ki, G.Qurbanova 2006-cı ildə 56 yaşında infarktdan dünyasını dəyişib. axşam.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar